“Qida məhsullarının keyfiyyətinə daim ciddi nəzarət edilməlidir”

Hazırda oxunan: “Qida məhsullarının keyfiyyətinə daim ciddi nəzarət edilməlidir”

227678

İyulun 1-dən etibarən Qida Təhlükəsizliyi Agentliyi yoxlama və nəzarət tədbirlərinə start verəcək.

Əhalinin keyfiyyətli qida məhsulları ilə təmin edilməsi baxımından bu cür yoxlamalar nə dərəcədə əhəmiyyətlidir? Qida məhsullarının keyfiyyətinə fasiləsiz nəzarət qida zəhərlənmələri və s. kimi arzuedilməz olayların qarşısını ala bilərmi?

Moderator.az-a açıqlama verən professor Adil Qeybulla qidaların keyfiyyətinə ciddi nəzarətin təmin edilməsininxa0 vacib olduğunu vurğuladı:

“Qida məhsullarının keyfiyyətinə nəzarət əslində sistemli bir məsələdir. Dünyanın hər yerində bu məsələyə daim ciddi nəzarət edilir. Xaricdə bu qəbildən olan obyektləri bizdəki kimi tez-tez vergi əməkdaşları deyil, qidanın keyfiyyətinə nəzarət edən qurumların əməkdaşları yoxlayır. Bu yoxlamalar da mütəmadi xarakter daşıyır. Qidanın keyfiyyəti və təhlükəsizliyi parametrinə ciddi fikir verilir. Bizdə də sistem bu cür, səmimi şəkildə qurulmalıdır. Bu baxımdan qida məhsullarının keyfiyyətinə nəzarət vacibdir və mühüm əhəmiyyət kəsb edir”.

xa0

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin