Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksi tikiləcək - 26 milyon manat ayrıldı

Hazırda oxunan: Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksi tikiləcək - 26 milyon manat ayrıldı

227423

Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksinin tikintisinə sərf olunacaq vəsaitin həcmi məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə Trend dövlət satınalmalarının vahid internet portalından məlumat əldə edib.
 

Məlumata görə, artıq bununla bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi hazırlıq işlərini yekunlaşdırıb.


Nazirlik sözügedən işlərin icrasını “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və onunla müqavilə bağlayıb.

Müqaviləyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəmə Kompleksinin tikintisi nazirliyə 25,8 milyon manata başa gələcək.

Qeyd edək ki, sözügedən kompleksin tikintisinin icrası həvalə olunan “TVM İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi Ağayev Musa Nizaməddin oğludur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin