ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Avropa İttifaqı mallarına idxal rüsumunu artırmaq niyyətində olduğunu bildirib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Tramp bu barədə “Truth” hesabında yazıb.
O, bildirib ki, əgər Aİ ABŞ-dan neft və qaz alışını artırmasa, idxal rüsumları yüksəldiləcək.
“Mən Avropa İttifaqına dedim ki, onlar ABŞ-la ticarət münasibətlərindəkiboşluğu neft və qaz alışımızın əhəmiyyətli dərəcədə artması ilə doldurmalıdır. Əks halda onlar tam tariflərlə üzləşəcək!” – Tramp bildirib.
Qeyd edək ki, Donald Tramp daha əvvəl də Avropa İttifaqından idxal olunan mallar ümün rüsumların artırmaq niyyətində olduğunu bəyan etmişdi.
Bizim.Media