Azərbaycanın xarici ticarət dövriyyəsi açıqlandı

Hazırda oxunan: Azərbaycanın xarici ticarət dövriyyəsi açıqlandı

225806

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 43 milyard 109,55 milyon dollar dəyərində ticarət əməliyyatı aparıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Bizim.Media-ya bildirilib ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,9 faiz azdır.
 

Xarici ticarət dövriyyəsinin 24 milyard 337,86 milyon dollar ixracın, 18 milyard 771,69 milyon dollar isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,8 faiz azalıb, idxal isə 18,7 faiz artıb.


Son nəticədə xarici ticarətdə 5 milyard 566,17 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 2,8 dəfə azdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin