İxracdan əldə olunan 35,7 milyon manatdan artıq vəsait Azərbaycana QAYTARILDI

Hazırda oxunan: İxracdan əldə olunan 35,7 milyon manatdan artıq vəsait Azərbaycana QAYTARILDI

224444

Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan 35,7 milyon manatdan artıq vəsait Azərbaycana qaytarılıb. 

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 
 

Bildirilib ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycana qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olan məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır. 


Hazırkı vaxtadək həyata keçirilən istintaq tədbirləri nəticəsində Sumqayıt və Gəncə şəhər, Abşeron, Quba, Xaçmaz, Sabirabad, İsmayıllı, Göyçay, Şəmkir, Qazax, Tərtər rayon prokurorluqları, habelə Naxçıvan Muxtar Respublikası Prokurorluğunda istintaqı aparılan cinayət işləri üzrə xarici ölkələrə ixrac edilmiş kənd təsərrüfatı məhsullarının alqı-satqısından əldə olunan 21 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 35,7 milyon manatdan artıq) məbləğdə pul vəsaitinin Azərbaycanda müvəkkil edilmiş bank hesabına qaytarılması təmin edilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin