Manatın dollara qarşı məzənnəsi bu tarixə kimi dəyişməyəcək

Hazırda oxunan: Manatın dollara qarşı məzənnəsi bu tarixə kimi dəyişməyəcək

224128

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanda bu il üçün orta illik inflyasiyanı 2% səviyyəsində proqnozlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə agentliyin məlumatında bildirilib.
 

Ötən il Azərbaycanda orta illik inflyasiya 8,8 % təşkil edib.


Agentliyin yenilənmiş proqnozlarına görə, Azərbaycanda orta illik inflyasiya 2025-ci ildə 4%-ə qədər artacaq, lakin 2026-2027-ci illərdə illik 3%-ə qədər azalacaq.

Azərbaycanda 2024-cü ilin yanvar-oktyabr aylarında orta illik inflyasiya 1,7% təşkil edib. İqtisadiyyat Nazirliyi ölkədə orta illik inflyasiyanı 2024-cü il üçün 2,7%, 2025-ci il üçün 4,6%, 2026-cı il üçün 4%, 2027-2028-ci illər üçün isə illik 3,8% səviyyəsində proqnozlaşdırır.

“S&P” Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisitinin 2024-cü ilin sonuna ÜDM-in 6,9%-ni (2023-cü ildə ÜDM-in 11,5 %-i) təşkil edəcəyini proqnozlaşdırır.

Agentliyin hesablamalarına görə, cari əməliyyatlar hesabının profisiti 2025-ci ildə ÜDM-in 2,7%-ni, 2026-cı ildə ÜDM-in 1,2%-ni təşkil edəcək, 2027-ci ildə isə hesab ÜDM-in 0,2%-i səviyyəsində kəsirlə olacaq.
 

“S&P” həmçinin hesab edir ki, 2028-ci ilə qədər manatın ABŞ dollarına qarşı məzənnəsi dəyişməyəcək.


"Hökumətin valyuta bazarına mütəmadi müdaxilələri ilə Azərbaycanda dollar-manat nisbətinin 1,7 səviyyəsində saxlayacağını proqnozlaşdırırıq. Bununla belə, karbohidrogen qiymətləri kəskin düşərsə və uzun müddət aşağı qalarsa, hakimiyyətin Mərkəzi Bankın valyuta ehtiyatlarını əhəmiyyətli azalmadan qorumaq üçün məzənnəni tənzimləməyi nəzərdən keçirəcəyini ehtimal edirik", - agentlik vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin