Nağdsız ödənişə SON – Taksilərə POS terminallar QURAŞDIRILIR? – AÇIQLAMA

Hazırda oxunan: Nağdsız ödənişə SON – Taksilərə POS terminallar QURAŞDIRILIR? – AÇIQLAMA

224040

Azərbaycanda taksilərdə ən çox yaşanan problemlərdən biri də nağdsız ödənişlərdir. Bütün dünyanın kartla ödənişlərə keçdiyi dönəmdə insanlarımız hələ də buna öyrəşə bilmirlər. Son illərdə taksilərlə bağlı yeni qanunlar qüvvəyə mindi, elə onlardan biri də POS terminalın quraşdırılması ilə bağlı tələbdir. Amma hələ də taksi şirkətləri nağdsız gedişhaqqıları üçün terminalları quraşdırmaqda maraqlı deyillər.

Bolt”, “Uber”, “Yango” və digər taksilərdə POS terminalların quraşdırılması mümkündürmü?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan yol-nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksilərdə POS terminalların olması vacibdir:

“Bu texniki cəhətdən mümkündür. Kimsə mümkün deyil kimi bəhanələr ortaya çıxarmamalıdır. Amma bunun yüngül bir formasını tapmaq lazımdır, çünki bu post terminallar kifayət qədər mürəkkəb bir mexanizmdir. Hansı ölkədən şirkətlər alıb gətirə bilirsə, ucuz qiymətə bunu taksilərə versin. Mən təklif edirəm ki, bunu sürücülərə yox, şirkətlərə yönləndirmək lazımdır. Bir şirkət təmin etsin, sürücülər yox… Onlar onsuz da bu qədər xərc və problemlərin içindədirlər: sənədlər, oxumaq, təhsil, sağlamlıq arayışı, taksit buraxılış kartı, buraxılış vərəqəsi.. Hamısına pul xərcləyirlər. Bu terminala da ayrıca ödəniş etməsinlər. Bildiyimə görə, artıq bəzi yerlərdə var. Digərlərində də olsa, daha yaxşı olar”.

Qanunun tələbinə əməl etməyənlər…

Elməddin Muradlının sözlərinə görə, qanunun tələbinə hamı əməl etməlidir. Amma müşahidələr əksini göstərir:

“Əgər bu qanunun tələbidirsə, hamımız qanuna əməl etməliyik. Bunun başqa bir yolu ola bilməz. Qanun uzun müddətdir qəbul olunub. Tələb irəli sürülüb, amma icra mexanizmində problem var. Son dövrlərə qədər mən taksilərdə POS terminala şəxsən rast gəlməmişəm. Hətta taksilərdə kameraların yerləşdirilməsi, salonda kameraların quraşdırılması ilə bağlı tələblər də var. Onu da əksəriyyət icra etməyib. Bu səbəbdən müəyyən problemlər və nöqsanlar dəyişmir”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin