İnflyasiyanın artması ilə bağlı PROQNOZ – Qiymətlər necə dəyişəcək?

Hazırda oxunan: İnflyasiyanın artması ilə bağlı PROQNOZ – Qiymətlər necə dəyişəcək?

223997

Gələn ilin oktyabr ayında Azərbaycanda 5,8% həddində inflyasiya gözlənilir. Bu barədə məlumat Mərkəzi Bankın “Pul siyasəti icmalı”nda yer alıb.

Bildirilib ki, bu ilin oktyabr ayı üçün inflyasiya proqnozu 5,1% təşkil edib. Bu isə o deməkdir ki, gələn ilin inflyasiya proqnozu bu ilkindən 0,7 faiz bəndi çox olacaq.

Bu artım nə ilə bağlıdır?
 

MÖVZU İLƏ BAĞLI:

Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi bu məbləğdə götürüləcək


Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Fuad İbrahimov deyib ki, əslində inflyasiya rəsmi rəqəmlərdən daha üstün olur:

“Nəzərə alaq ki, hazırda bütün dünyada inflyasiya davam edir. Ölkəmiz də bu prosesdən kənarda deyil. Ona görə də növbəti ildə ölkəmizdə inflyasiyanın 0,7 faiz artacağı təəccüblü deyil. Yeri gəlmişkən deyim ki, idarə olunan inflyasiya dövlət üçün xeyirlidir. Yəni dövlət bəzi maliyyə alətlərindən istifadə edərək bundan əlavə dividend əldə edir.

Mərkəzi Bankın proqnozlarına gəldikdə isə onu deyə bilərəm ki, bu hesabat hazırlanarkən hansı metodologiyadan istifadə edildiyi açıqlanmır. Ola bilsin ki, Mərkəzi Bankın metodologiyasında istehlak qiymətləri o qədər də önəmli deyil. Obyektivlik naminə deyək ki, Mərkəzi Bankın son illər inflyasiyaya qarşı mübarizədə ən effektiv alətlərdən istifadə edir.

Pul siyasətindəki balanslaşdırılmış addımlar inflyasiyanın kəskin artımını neytrallaşdırır.

Ona görə də Mərkəzi Bankın növbəti il üçün inflyasiya ilə bağlı proqnozu daha inandırıcıdır, daha optimaldır. Həmçinin, 0,7 faiz inflyasiya artımı heç də pis deyil”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin