Azərbaycanla Türkiyə arasında ticarət həcmi 15 milyard dollara çatdırılacaq

Hazırda oxunan: Azərbaycanla Türkiyə arasında ticarət həcmi 15 milyard dollara çatdırılacaq

223866

Azərbaycanla Türkiyə arasında ticarət həcminin 15 milyard dollara çatdırılması hədəfi var. Bu il də artımın olacağını proqnozlaşdırırıq.

Bizim.Media xəbər verir ki, bunu Dünya Türk Biznes Şurasının (DTİK) Azərbaycan üzrə nümayəndəsi Barış Altiparmak Türkiyə səfirliyinin ev sahibliyi ilə DTİK-in Avrasiya Nümayəndələr Şurasının Bakı görüşündə deyib.

Barış Altiparmak qeyd edib ki, 2023-cü ildə Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 7,5 milyard dollar olub ki, bu da iki ölkə arasında hədəflənən həcmin yarısı deməkdir.

“Azərbaycan iqtisadiyyatının canlanmasında investorların rolu danılmazdır. Azad iqtisadi zonalarda, sənaye və texnologiya parklarında investorlara təqdim edilən imkanlar mühüm əhəmiyyət daşıyır”, - deyə Barış Altiparmak qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin