Elman Nəsirov: “Minimum maaş 21 il əvvəl 9 manat idi, indi görün nə qədər qalxıb” – VİDEO

Hazırda oxunan: Elman Nəsirov: “Minimum maaş 21 il əvvəl 9 manat idi, indi görün nə qədər qalxıb” – VİDEO

223670

“2025-ci ilin dövlət büdcəsinin sosialyönümlü olmasına kimin şübhəsi varsa, vərəqləyib baxsın. Görəcək ki, büdcənin az qala yarısı sosialyönümlüdür. 2025-ci ildə sosial xərclər bu illə müqayisədə 1,4 milyard manat artıq olacaq. Həmin insanlara demək istəyirəm, vicdanınız olsun. Görün ki, 21 il əvvəl - 2003-cü ildə bizim 1,22 milyard büdcə gəlirlərimiz var idi. İndi bu rəqəm 38,3 milyarda bərabərdir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Elman Nəsirov parlamentin plenar iclasında çıxışı zamanı səsləndirib.

“2003-cü ildə minimum əmək haqqı 9 manat idi. Ancaq indi minimum əmək haqqı 345 manat olub, bu da 38 dəfə çoxdur. Eynisini pensiya üçün də demək olar. 20 il bundan qabaq cəmi 24 manat olan pensiyalar bu gün 436 manata gəlib çatıb. Bunların hamısı Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir", - deyə millət vəkili vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin