Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib.
Bizim.Media-nın məlumatına görə, müraciətdə yazlıq və çoxillik əkinlər üçün subsidiya almaq istəyən fermerlərə əkin bəyanlarının qəbulu prosesinin mayın 31-də başa çatacağı ilə bağlı xəbərdarlıq edilir.
“Əkin bəyanları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (eagro.az) hər bir fermer üçün açılmış şəxsi kabinetlərdən təqdim edilir. Qeyd edək ki, göstərilən müddətədək fermerlər real əkinlərinə uyğun şəkildə düzgün bəyan təqdim etməlidirlər. Əkin bəyanlarını vaxtında təqdim etməyən fermerlər subsidiya ödənişlərindən kənarda qalacaqlar. Bəyanlarında uyğunsuzluq olmayan fermerlərə iyun ayında subsidiya ödənişləri edilməsi nəzərdə tutulur”,-deyə qeyd edilib.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:58 / 25.05.2021
Nazirlikdən fermerlərə XƏBƏRDARLIQ - “Kənarda qalacaqlar”
Hazırda oxunan: Nazirlikdən fermerlərə XƏBƏRDARLIQ - “Kənarda qalacaqlar”
Hazırda oxunan: Nazirlikdən fermerlərə XƏBƏRDARLIQ - “Kənarda qalacaqlar”
22341
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.