Yaşayış minimumu 300 manata qədər ARTIRILACAQ? – AÇIQLAMA

Hazırda oxunan: Yaşayış minimumu 300 manata qədər ARTIRILACAQ? – AÇIQLAMA

222919

İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf və sosial siyasət şöbəsinin müdiri Hüseyn Hüseynov 2025-ci ildə minimum istehlak səbətinin tərkibinə yenidən baxılacağını bildirib.

Qeyd edək ki, hazırda ölkə üzrə yaşayış minimumunun həddi 270 manatdır. Gələn il üçün isə bu rəqəm 285 manat müəyyənləşdirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Gələn il ehtiyac meyarı və yaşayış minimumunun həddi bu məbləğdə götürüləcək


Bəs, növbəti il bu məsələyə yenidən baxılacaqsa, yaşayış minimumu nə qədər dəyişə bilər? Ümumiyyətlə, mövcud reallıqlar nəzərə alındıqda, yaşayış minimumu nə qədər olmalıdır?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı Akif Nəsirovun fikrincə, bu, sadəcə göstəricidir:

“Hamı elə bilir ki, 270-280 manatla bir nəfər yaşaya bilər. Bu, sadəcə, göstəricidir. Bu göstəricidən çıxış edərək müəyyən müavinətləri təyin edirlər.

Amma mövcud reallıqdan yanaşdıqda minimum istehlak səbəti və ya  minimum ehtiyac meyarı ilə bağlı hazırkı göstərici ikiyə vurulmalıdır. Yəni o məbləğ ikiyə vurulsa, bir nəfərin aylıq tələbatını ödəyən məbləğ alına bilər".

Ekspertin fikrincə, yaşayış minimumuna yenidən baxılması qərarı doğrudur:

"Azərbaycanın reallığını əks etdirməkdən ötrü o siyahıya yenidən baxılmalıdır. Məsələn, səhv etmirəmsə, o siyahıda adambaşına illik 40 kq ət nəzərdə tutulub. Halbuki fiziki baxımdan insanın bir ildə istehlak edəcəyi ət 78 kq olmalıdır. Fikrimcə, bu məsələyə baxılacağı deyilirsə, demək yaşayış minimumu 300 manata qədər artırıla bilər”.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin