Prezident İlham Əliyev “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Bizim.Media xəbər verir ki, sənədə əsasən, kredit bürosuna verilən neqativ məlumatlar (kredit tarixçəsi subyektinin borc öhdəliyinin yarandığı vaxtdan onun ödəmə qabiliyyətini və borc öhdəliyinin icra intizamını mənfi xarakterizə edən hər hansı məlumat) barədə bildirişlər kredit tarixçəsi subyektinə kredit bürosu tərəfindən ötürüləcək.
Dəyişikliklə, kredit tarixçəsi subyekti onun barəsində kredit bürosuna daxil olan neqativ məlumatla bağlı ödənişsiz bildiriş almaq hüququ əldə edir.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
15:30 / 28.11.2024
“Kredit büroları haqqında” qanun DƏYİŞDİ – Bu bildiriş ödənişsiz oldu
Hazırda oxunan: “Kredit büroları haqqında” qanun DƏYİŞDİ – Bu bildiriş ödənişsiz oldu
Hazırda oxunan: “Kredit büroları haqqında” qanun DƏYİŞDİ – Bu bildiriş ödənişsiz oldu
222808
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.