İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 11 nəqliyyat vasitəsi satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, hərrac rəqabətli keçib. Belə ki, start qiyməti 20 min manat olan “Hyundai Grandeur” markalı avtomobil 24 min manata, 7980 manat olan “Honda Accord” markalı avtomobil 13 min 200 manata satılıb. Hərracda satılmış nəqliyyat vasitələrinə 93 sifariş qeydə alınıb.
Hərracda satılan nəqliyyat vasitələrinin siyahısı ilə //clck.ru/3Eqbkz linki vasitəsilə tanış olmaq olar.
Bizim.Media