Bu ilin əvvəlindən Vergi Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində milli valyutada kiçikhəcmli əməliyyatların sayında artım müşahidə olunur.
Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
Taleh Kazımov bildirib ki, bir ildən yuxarı milli valyutada əməliyyatların payı 56 %-ə artıb:
“Bu islahatlar bank sektorunda olan inama müsbət təsir edib. Son illər ərzində xarici valyutada əmanətlərin payı azalıb. 2024-cü ilin oktyabrında bu göstərici 34 % olub. Digər tərəfdən, cari ildə ödəniş kartları ilə aparılan əməliyyatların həcmi 56 milyard manata çatıb”.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:25 / 25.11.2024
Mərkəzi Bankın sədrindən manatla bağlı AÇIQLAMA
Hazırda oxunan: Mərkəzi Bankın sədrindən manatla bağlı AÇIQLAMA
Hazırda oxunan: Mərkəzi Bankın sədrindən manatla bağlı AÇIQLAMA
222284
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.