Gələn ilin dövlət büdcəsinin gəlirləri AÇIQLANIB

Hazırda oxunan: Gələn ilin dövlət büdcəsinin gəlirləri AÇIQLANIB

222267

“Büdcə gəlirlərimiz 38,14 milyard manat proqnozlaşdrılır ki, bu da 2024-cü illə müqayisədə 5,15 faiz çoxdur”. 

Bizim.Media xəbər verir ki, bu sözləri İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.  

Deputatın sözlərinə görə xərclər isə 41,04 milyard manat olmaqla, cari ilin proqnozu ilə müqayisədə 4,1 faiz çox proqnozlaşdırılr:

“Büdcə kəsirinin 3 milyard 52 milyon olacağı gözlənilir. Bu isə Ümumi Daxili Məhsulun 2,4 faizini təşkil edir. Dövlət büdcəsi gəlirlərinin 49 faizi neft, 51 faizi isə qeyri-neft gəlirlərinin hesabına proqnozlaşdırılır. 2025-ci il üzrə proqnozlaşdırılan dövlət büdcəsi üzrə gəlirlərinin 15,05 milyard manatı Dövlət Vergi Xidmətinin, 14,05 milyard manatı isə Dövlət Neft Fondundan transfer edilir. 6,06 milyard manatı Dövlət Gömrük Komitəsi, 800 milyon manatı büdcə təşkilatlarının payına düşür”, - deyə deputat qeyd edib. 

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin