Bu qurumlar Hesablama Palatasına hesabat təqdim etmədilər - SİYAHI

Hazırda oxunan: Bu qurumlar Hesablama Palatasına hesabat təqdim etmədilər - SİYAHI

22213

Hesablama Palatasına hesabat təqdim etməyən büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatların siyahısı məlum olub.

Bizim.Media-nın məlumatına görə, bu, “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində əksini tapıb.Hüquqi aktların tələblərinə əsasən 1 marta kimi təqdim edilməli olsa da, 1 may 2021-ci il tarixinə Hesablama Palatasına hesabat təqdim etməyən büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatlarının siyahısı aşağıdakı kimidir:

1 Azərbaycan Respublikasının Təhsil Nazirliyi;

2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;

3 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu;

4 İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi;

5 “Bakı Konqres Mərkəzi” MMC;

6 “Mir” Dövlətlərarası Teleradio şirkəti Azərbaycan Milli Nümayəndəliyi;

7 Azərbaycan Nəşriyyatı;

8 “Azergold” QSC;

9 “Azal” QSC;

10 "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC;

11 “Azərenerji” ASC;

12 "Azərxalça" ASC;

13 “Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi.

Qeyd edək ki, qanunvericilikdə büdcədən maliyyə yardımı alan təşkilat anlayışının verilməməsi bir çox təşkilatın bu hesabatları təqdim edib-etməməsi barədə suallar yaradır.

“Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası” ilə müəyyən edilmiş prosedur dövlət büdcəsi ilə bağlı 8 (səkkiz) istiqamətdə məlumatların əldə edilməsini tənzimləyir. Qeyd edək ki, Qaydaların tələbinə müvafiq olaraq zəruri sistem quraşdırılmış, dövlət qurumlarının bu sistemə çıxışı təmin edilmişdir. Lakin qüvvədə olan Qayda, həmçinin fəaliyyət göstərən sistem Qanunun tələb etdiyi kimi xəzinədarlıq orqanlarının elektronlaşmış məlumatlarına real vaxt rejimində çıxışın təmin olunmasını nəzərdə tutmur və aylıq məlumatları təqdim edir ki, bu da “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası” ilə nəzərdə tutulmuş müvafiq məlumatlarla eynilik təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin