Azərbaycanda dövlətin pandemiyaya xərclədiyi vəsait açıqlandı

Hazırda oxunan: Azərbaycanda dövlətin pandemiyaya xərclədiyi vəsait açıqlandı

22167

Ötən il Azərbaycanda dövlət büdcəsindən koronavirus (COVID-19) pandemiyasının ölkə iqtisadiyyatına mənfi təsirlərinin azaldılması məqsədilə 1 390,6 milyon manat vəsait ayrılıb, həmin vəsaitin 1 334,1 milyon manatı tam istifadə olunub.

Bizim.Media-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının “2020-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində bildirilib.

Sənəddə həmçinin deyilir ki, iqtisadi dəstək tədbirləri üzrə büdcə və digər mənbələr hesabına 2,5 milyard manat vəsait səfərbər edilib.

Aparılan qabaqlayıcı tədbirlər hesabına ölkə iqtisadiyyatında gözlənilən tənəzzülün qarşısını tam almaq mümkün olmasa da, onun daha geniş miqyasda baş verməsinin qarşısının alınmasına nail olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin