Azərbaycan və BƏƏ arasında iqtisadi-ticarət sahəsində tərəfdaşlıq MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: Azərbaycan və BƏƏ arasında iqtisadi-ticarət sahəsində tərəfdaşlıq MÜZAKİRƏ EDİLDİ

221612

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında iqtisadi-ticarət sahəsində tərəfdaşlığın inkişaf istiqamətləri müzakirə olunub.

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazir Mikayıl Cabbarov COP29 çərçivəsində BƏƏ-dən olan həmkarı Abdulla Bin Touq Al Marri ilə görüş keçirib.
 

Görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə uğurlu əməkdaşlıq edildiyi vurğulanıb. 


Tərəflər yaşıl iqtisadiyyata keçid sahəsində investisiyaların təşviqi, bərpaolunan enerji layihələri çərçivəsində tərəfdaşlıq, biznes və ticarət əlaqələrinin genişləndirilməsi, rəqəmsal həllər üzrə birgə fəaliyyətin gücləndirilməsi və ölkələrimizin iqtisadi diversifikasiya hədəflərinə yönəlik əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin