Azərbaycan və Oman qarşılıqlı strateji investisiya potensialını nəzərdən keçirib

Hazırda oxunan: Azərbaycan və Oman qarşılıqlı strateji investisiya potensialını nəzərdən keçirib

221487

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyində keçirilən görüşdə Oman İnvestisiya Təşkilatı ilə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov Oman İnvestisiya Təşkilatının baş investisiya direktoru İbrahim Əl-Eisri ilə görüşüb.

Görüşdə Azərbaycan və Körfəz Ərəb Dövlətləri arasında davam edən müsbət iqtisadi dinamikaya uyğun olaraq Oman Sultanlığı ilə də iqtisadi əlaqələrin inkişaf etdiyi vurğulanıb.
 

Tərəflər Oman İnvestisiya Təşkilatının G2G fondlarının yaradılması sahəsində fəaliyyəti, bu istiqamətdə ikitərəfli və regional tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.


Görüşdə sənaye, yaşıl enerji, logistika və digər sahələrdə ölkələrimizin dayanıqlı inkişafına töhfə verəcək qarşılıqlı strateji investisiya potensialı nəzərdən keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin