Ünvanlı dövlət sosial yardımı proqramına 457 milyon manat ayrılacaq

Hazırda oxunan: Ünvanlı dövlət sosial yardımı proqramına 457 milyon manat ayrılacaq

221378

Əhalinin rifahının yaxşılaşdırılması, yoxsulluğun azaldılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və bu qəbildən olan sosial tədbirlərə 2,6 milyard manat vəsait ayrılıb. Bu məbləğin 1,9 milyard manatı müavinət, təqaüd və kompensasiyalara yönəldilən vəsaitdir. Bu da cari ilin büdcəsindən 3 faiz artıqdır.

Bizim.Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Nazir qeyd edib ki, ünvanli dövlət sosial yardim proqramına 457 milyon manat, haqqı ödənilən ictimai işlərə 200 milyon manat olaraq ayrılıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılmasına, yəni dövlət öhdəliklərinin qarşılanmasına isə cari ildən 368 milyon manat çox olaraq, 1,6 milyard manat vəsait ayrılıb. Bu xərcin Sosial Müdafiə Fondunun ümumi büdcəsində payı təqribən 20,8 faizdir.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin