Mənfəət vergisi ödəməyən BANKLAR – Onlar zərərlə ÇALIŞIRLAR?

Hazırda oxunan: Mənfəət vergisi ödəməyən BANKLAR – Onlar zərərlə ÇALIŞIRLAR?

221237

Bu ilin 9 ayında Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar mənfəət vergisi ödəməyiblər. Mənfəət vergisi ödəməyən banklar sırasına “AFB Bank”, “Avrasiya Bank”, “BTB Bank”, “Bank VTB Bank Azərbaycan”, “Bank Melli İran Baku”,  “Premium Bank”, “Yelo Bank” daxildir.

Bəs, banklar hansı halda mənfəət vergisi ödəmirlər?
 

MÖVZU İLƏ BAĞLI:

Bank və “Azərpoçt”da işi olanların NƏZƏRİNƏ


Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında mənfəət vergisinin ödənilməməsinin 2 səbəbinin ola biləcəyini qeyd edib:

“Ola bilsin ki, bu banklar mənfəət qazana bilməyiblər. Ya da ki, ödəmələrin gecikməsi ilə bağlı problem var. Səbəblər ancaq bunlar ola bilər. Çünki qanunvericilikdə açıq şəkildə göstərilib ki, istənilən qurum mənfəət əldə etdiyi halda, hökmən mənfəət vergisi ödəməlidir. Bu aspektdən baxanda ya bu banklar 9 ay ərzində mənfəət əldə edə bilməyiblər, ya da ki, onların ödənişləri ilə bağlı gecikmələr olub.

Bununla bağlı əlaqədar qurumlar daha dəqiq məlumat versələr, çox yaxşı olardı. Çünki bu ictimai əhəmiyyətli məsələdir.  Müvafiq məlumatın verilməsi həmin banklar haqqında dolğun məlumat formalaşar”.

“Həmin banklar zərərlə işlədiklərinə görə...”

İqtisadçı ekspert Əkrəm Həsənov isə bildirib ki, mənfəət vergisinin ödənilməməsi həmin bankların zərərlə işlədiyinin göstəricisidir:

“Mənfəət bankın gəlirindən xərclərin çıxılmasından sonra qalan vəsaitdir. Əgər bank mənfəətlə işləyirsə, o zaman mənfəətindən 20 faiz vergi ödəməlidir. Yox, bank mənfəət əldə edə bilmirsə, ziyanla işləyirsə, o zaman vergi də vermir”.

Müsahibimizin sözlərinə görə, banklar əsasən problemli kreditlərin çox olduğu zamanlarda zərərlə işləyirlər:

“Yəni verdikləri kreditlərdən qazanacağı faizləri vaxtında toplaya bilməyib. Ona görə də həmin banklar müvafiq dövrü ziyanla başa vurub”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin