Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri artırılır

Hazırda oxunan: Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri artırılır

221204

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin 7 milyard 676,4 milyon manat təşkil edəcəyi gözlənilir.

Bizim.Media xəbər verir ki, bu, Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,45 % çoxdur.
 

DSMF-nin gəlirlərinin 7 milyard 617,4 milyon manatı onun büdcə gəlirləri (13,3 % çox), 59 milyon manatı isə Fondun 2025-ci il yanvarın 1-nə yaradılacaq ehtiyatı (74 % az) hesabına formalaşdırılmalıdır.


Büdcə gəlirlərinin strukturundə əsas yeri həmişəki kimi məcburi dövlət sosial sığorta haqları tutacaq. Gələn il bu istiqamətdə daxilolmaların bu ilə nisbətən 9,5 % çox - 5 milyard 997,4 milyon manat olacağı proqnozlaşdırılır. O cümlədən, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 7,1 % artaraq 1 milyard 791,5 milyon manat, büdcədən maliyyələşən təşkilatlardan işləyənlər üzrə daxilolmalar 7,1 % artaraq 244,3 milyon manat, qeyri-büdcə sektorundan daxilolmalar isə 17 % artaraq 3 milyard 961,6 milyon manat təşkil etməlidir.

Bundan başqa, DSMF-nin büdcə gəlirlərinin digər tərkib hissələri olan sair gəlirlərin 57,5 % artaraq 20 milyon manata (o cümlədən sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmaların 8,3 % artaraq 2,6 milyon manat), Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin isə 29,9% artaraq 1 milyard 600 milyon manat təşkil edəcəyi gözlənilir.

2025-ci ildə DSMF-nin xərclərinin də 2024-cü illə müqayisədə 10,45% çox - 7 milyard 676,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Xərclərin strukturundə əsas yeri həmişəki kimi əhaliyə ödənişlər tutacaq.

Gələn il bu istiqamətdə xərclərin bu ilə nisbətən 10,5 % çox - 7 milyard 408,9 milyon manat olacağı gözlənilir.
 

O cümlədən, əmək pensiyalarının ödənilməsi xərcləri 10,5 % artaraq 7 milyard 210,5 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri isə 9,25 % çox – 198,4 milyon manat təşkil etməlidir.


Bundan başqa, Fondun xərclərinin digər tərkib hissələri olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclərin 2 % artaraq 25 milyon manat, əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərclərinin 10,8 % artaraq 87 milyon manat, qurumun aparatının və digər struktur bölmələrinin saxlanılması xərclərinin 10,6 % artaraq 149,4 milyon manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərclərinin dəyişməyərək 0,1 milyon manat, sair xərclər isə 17,65 % artaraq 6 milyon manat olacağı gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin