“Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na dəyişiklik edilib.
Bizim.Media Nazirlər Kabinetinin verdiyi məlumata istinadən bildirir ki, “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”-na 1.3-1-ci və 1.8-1-ci bəndlər əlavə edilib.
1.3-ə edilən əlavəyə əsasən, qeyri-hökumət təşkilatları qrant müqavilələrinin qeydə alınmasının qeydiyyat orqanının “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə elektron qaydada həyata keçirilməsi üçün müraciət edə bilərlər.
1.8-ə edilən əlavəyə əsasən, qeyri-hökumət təşkilatlarının bank hesabları üzrə maliyyə əməliyyatlarının aparılması zamanı qeydiyyat orqanının “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə əldə edilmiş sənədlərdən kağız daşıyıcılarda elektron qaydada istifadə edilir.
Bununla da, elektron müraciət əsasında əldə edilmiş sənədlərdən və yaxud kağız daşıyıcılarda Ədliyyə Nazirliyinin “Fərdi elektron pəncərə” elektron məlumat sistemi vasitəsilə həyata keçirilməsi müəyyən edilib.
Qeyd edək ki, bu kimi sənədlərin təqdim olunması bu vaxtadək yalnız kağız daşıyıcılarda həyata keçirilirdi. Bununla əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarlarında dəyişiklik edilərək uyğunlaşdırılma aparılıb.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
17:28 / 07.11.2020
“Fərdi elektron pəncərə”dən qeydiyyat orqanı kimi istifadə ediləcək – QƏRAR
Hazırda oxunan: “Fərdi elektron pəncərə”dən qeydiyyat orqanı kimi istifadə ediləcək – QƏRAR
Hazırda oxunan: “Fərdi elektron pəncərə”dən qeydiyyat orqanı kimi istifadə ediləcək – QƏRAR
2211
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.