Aİ ilə iqtisadi və investisiya sahələri üzrə əməkdaşlıq müzakirə edildi - FOTO

Hazırda oxunan: Aİ ilə iqtisadi və investisiya sahələri üzrə əməkdaşlıq müzakirə edildi - FOTO

220896

COP29 çərçivəsində Azərbaycan Avropa İttifaqı ilə iqtisadi və investisiya sahələri üzrə potensial əməkdaşlıq imkanlarını müzakirə edib.

Bizim.Media İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Koopmanla görüşündə aparılıb.

Görüşdə Aİ-Azərbaycan əməkdaşlığının inkişafı və regional tərəfdaşlıq haqqında müzakirələr aparılıb. Azərbaycanın qlobal çağırışlara töhfələri, yaşıl gündəliyin təşviqi ilə bağlı atılan addımlar nəzərdən keçirilib.

Dayanıqlı inkişafın təmin edilməsi istiqamətində həyata keçirilən iqtisadi islahatlar, regional layihələrin əhəmiyyəti və qlobal tərəfdaşlığın prioritetləri müzakirə edilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin