Bp şirkəti ilə tərəfdaşlığın inkişafı MÜZAKİRƏ EDİLDİ

Hazırda oxunan: Bp şirkəti ilə tərəfdaşlığın inkişafı MÜZAKİRƏ EDİLDİ

220869

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində bp şirkətinin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, görüşdə bildirilib ki, Azərbaycan iqlim dəyişmələrinə qarşı mübarizə çərçivəsində enerji keçidi üzrə beynəlxalq əməkdaşlığın gücləndirilməsində maraqlıdır.
 

Bu baxımdan, bp şirkəti ilə enerji keçidi, o cümlədən Günəş enerjisi layihəsi üzrə tərəfdaşlığın önəmi diqqətə çatdırılıb. Qeyd olunub ki, şirkət Azərbaycanın müəllifi olduğu beynəlxalq enerji layihələrinin icrasında, ölkəmizin enerji ehtiyatlarının inkişafında və investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayır.


Tərəflər ölkəmizin fəal iştirakı ilə reallaşan yaşıl enerji layihələri, enerji transformasiyası sahəsində birgə fəaliyyətin möhkəmləndirilməsi imkanları və digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin