Xəzər dənizində külək enerjisinin istehsalına dair Memorandum imzalandı - FOTO

Hazırda oxunan: Xəzər dənizində külək enerjisinin istehsalına dair Memorandum imzalandı - FOTO

220803

COP29 çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanın “ACWA Power” şirkətləri arasında Xəzər dənizinin Azərbaycan sektorunda 3,5 giqavatlıq (GVt) külək elektrik enerjisi istehsalı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Bu barədə Bizim.Media-ya SOCAR-dan məlumat verilib. 
 

Bildirilib ki, sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf, “Masdar” şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil Əl-Ramahi və “ACWA Power” şirkətinin baş icraçı direktoru Marko Arçelli imzalayıblar. 


Nəzərdə tutulan layihə çərçivəsində Azərbaycanda dənizdə ilk külək stansiyaları inşa olacaq.

Bu sənəd tərəflər arasında ötən il Naxçıvanda ümumi gücü 500 MVt olan bərpa olunan enerji mənbələri layihələrinin həyata keçirilməsi ilə bağlı tərəfdaşlığın genişləndirilməsinə xidmət edir. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin