Dollar yanvarda BAHALAŞACAQ? – MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Dollar yanvarda BAHALAŞACAQ? – MÜHÜM AÇIQLAMA

220663

ABŞ seçkilərində qalib gələn Donald Trampın dollarla bağlı planları hər kəsin təəccübünə səbəb olub. "The Economist" yazır ki, analitiklər və treyderlərin fikrincə, ABŞ şirkətlərinin gəlirləri Trampın yeni administrasiyası dövründə onlara tətbiq edilən vergilərin azalması səbəbindən artacaq. Eyni zamanda, nəşr Federal Ehtiyat Sisteminin yüksək faiz dərəcələrini saxlaya biləcəyini də istisna etmir.
 

MÖVZU İLƏ BAĞLI:

Tramp gəldi, dollar YÜKSƏLDİ – Manatı nə GÖZLƏYİR?


Müəlliflərin fikrincə, dolların məzənnəsinin dəyişməsi iki əsas amil vasitəsilə qlobal iqtisadiyyatı sarsıdır: ticarət və maliyyə. Nəşr xatırladır ki, dünya ticarətinin 40 faizdən çoxu dollarla aparılır.

Bəs, Trampın yeni ideyası dolların məzənnəsinə necə təsir edəcək?

Suala iqtisadçı ekspert Fuad İbrahimov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Donald Tramp dolların bahalaşması deyil, optimallaşması istiqamətində siyasət aparır:

“Nəzərə alaq ki, dünya ticarətinin 40 faizi ABŞ dolları ilə aparılır. Belə vəziyyətdə dolların bahalaşması onun cazibədarlığını azaldar. Amma bu vaxtadək Tramp bəyan edib ki, yerli istehsalı stimullaşdırmaq və ixrac potensialını artırmaq üçün zəruri addımlar atacaq. Sağlam rəqabətin Amerikanın xeyrinə çevrilməsi üçün planlar cızılır. Ona görə də Tramp hökuməti dolların bahalaşmasına yox, optimallaşmasına çalışacaq”.

ABŞ-ın dollarla bağlı yeni siyasəti Azərbaycan iqtisadiyyatına necə təsir göstərəcək?


Müsahibimiz bildirib ki, ölkəmizdə inzibati idarəetmə sistemindən istifadə edilərək maliyyə bazarı üçün dollar optimal bir səviyyədə saxlanılıb:

“Dünya valyutalarına təsir edən amillərə diqqət yetirsək, görərik ki, digər ölkələrlə müqayisədə bu amillər Azərbaycanda kifayət qədər pozitivdir. Eyni zamanda dolların bahalaşmasına hər hansı bir mühit formalaşmayıb.

Ola bilsin ki, dünyanın digər valyutalarına nisbətdə dollar bahalaşsın. Amma dolların manata münasibəti tamamilə fərqlidir. Üstəlik, ölkənin makroiqtisadi göstəriciləri, ixrac-idxal əməliyyatlarındakı müsbət saldo və valyuta ehtiyatları dolların sabit və mövcud məzənnədə qalmasına şərait yaradır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin