Rusiya Su-57 qırıcılarının ixracına başlayıb

Hazırda oxunan: Rusiya Su-57 qırıcılarının ixracına başlayıb

220521

Rusiyanın beşinci nəsil Su-57 qırıcılarının xaricə tədarükü üçün ilk müqavilələr imzalanıb.

Bizim.Media xəbər verir ki, məlumatı “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixiyev "Rossiya-1" telekanalına (VGTRK) müsahibəsində açıqlayıb.

Şirkət qeyd edib ki, belə məhsulların bazara çıxarılması hərbi-texniki əməkdaşlıq sistemi və müdafiə sənayesi üçün nəticələr verir:

"Yalnız bir iqtisadi effekt var - bizim bazarlarda mövcudluğumuz. Tərəfdaşlarımız etibarlı, özünü təsdiq etmiş Rusiya silahlarını almaq istəyirlər".
 

Su-57 “Suxoy” şirkəti tərəfindən hazırlanaraq Komsomolsk-na-Amur Aviasiya Zavodunda (KnAAZ) istehsal edilib. Bu, uzun və yaxın məsafəli döyüşlərdə bütün növ hava hədəflərini, düşmənin yer və yerüstü hədəflərini məhv etmək və hava hücumundan müdafiə sistemlərini dəf etmək üçün nəzərdə tutulmuş beşinci nəsil çoxməqsədli qırıcıdır. Onun ilk uçuşu 29 yanvar 2010-cu ildə baş tutub.


Rusiya Silahlı Qüvvələri ilk istehsal olan Su-57-ni 2020-ci ilin sonunda alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin