Bakıda kirayə evlər ucuzlaşdı - VİDEO

Hazırda oxunan: Bakıda kirayə evlər ucuzlaşdı - VİDEO

22051

Havaların isinməsi, turist və tələbələrin olmaması kirayə mənzillərə tələbatı azaldıb. Bu da öz növbəsində, qiymətlərə təsir edib. Kirayə evlərin qiymətləri nəzərəçarpacaq dərəcədə düşüb. Hansı ərazilərdə nə qədər ucuzlaşma var?

Paytaxtda bina evlərinin kirayə qiymətləri xeyli düşüb. Bunun səbəbi mənzillərə tələbatın kəskin azalmasıdır.

Bizim.Media xəbər verir ki, əmlak eksperti Nofəl Quliyevin sözlərinə görə, səbəb turist və tələbələrin olmaması, həmçinin insanların bağ evlərinə üz tutmalarıdır.

Ən çox ucuzlaşma birinci və ikinci zonalarda, yəni şəhər mərkəzi və mərkəzə ən yaxın ərazilərdə qeydə alınıb.

Nəsimi, Xətai və Səbail rayonları ərazisində yeni tikililərdə üçotaqlı mənzillərin aylıq kirayə qiymətlərində isə 400-600 manat arasında düşmə var.

3 və 4-cü zonalarda, yəni Binəqədi, Suraxanı, Sabunçu və Yasamal rayonlarında da kirayə qiymətləri enib. Bu rayonlarda hətta 200 manata da kirayə evlər tapmaq mümkündür.

Reiltor Həşim Qədirov deyir ki, əşyalı evlərin kirayə qiymətləri əşyasızlarla müqayisədə bahadır. Buna baxmayaraq, həmin mənzillərin də aylıq kirayə qiymətləri düşüb

Kirayə qiymətlərində ucuzlaşma tempinin sentyabr ayına qədər davam etməsi gözlənir. Yalnız sərhədlər açılacağı təqdirdə tələbat artacağından qiymətlərin qalxması da istisna olunmur.(xəzərxəbər)

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin