ABŞ-la Azərbaycan arasında əməkdaşlıq müzakirə edildi

Hazırda oxunan: ABŞ-la Azərbaycan arasında əməkdaşlıq müzakirə edildi

22003

Azərbaycan nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin (Caspian Policy Center) icraçı direktoru və digər üzvləri ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bununla bağlı Rəşad Nəbiyev tvitter hesabında yazıb.

"ABŞ-ın “Xəzər Siyasət Mərkəzi”nin icraçı direktoru və digər üzvləri ilə görüşdük. Ölkəmizdə nəqliyyat sahəsində görülmüş işlər, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr və ABŞ şirkətləri ilə əməkdaşlıq barədə danışdıq", - o qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin