İşğaldan azad olunmuş ərazilərə 4 ildə 8,6 milyard dollar investisiya qoyulacaq

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərə 4 ildə 8,6 milyard dollar investisiya qoyulacaq

219819

Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində 2025-2028-ci illərdə Qarabağa və Şərqi Zəngəzura 8,6 milyard ABŞ dolları dəyərində dövlət investisiyasının yatırılması güman edilir. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Qarabağ və Şərqi Zəngəzura investisiya” mövzusunda “İslahat icmalı”nda qeyd olunub. 

2024-cü ildə isə qeyd edilən ərazilərə 2,8 milyard ABŞ dolları dəyərində investisiya yatırılması planlaşdırılır. 

Qeyd edək ki, 2020-2023-cü ildə dövlət büdcəsindən Qarabağa və Şərqi Zəngəzura 7,1 milyard ABŞ dolları dəyərində investisiya ayrılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin