Banklar uzunmüddətli kreditlərin verilməsində niyə MARAQLI DEYİLLƏR?

Hazırda oxunan: Banklar uzunmüddətli kreditlərin verilməsində niyə MARAQLI DEYİLLƏR?

219516

Son illərdə istehlak kreditlərinin həcmi ümumi kredit portfelində kəskin şəkildə artıb. Təkcə son bir ildə belə kreditlərin həcmi 1.5 milyard manat artıb. Nəzərə alaq ki, istehlak kreditlərinin ümumi həcmi 8 milyard manata çatıb. Bu ölkəmizin ümumi kredit porfelinin təxminən 3-də 1 hissəsidir.

Biznes kreditlərinin nisbəti isə 60%-ə bərabərdir. Bu mənfi xarakterizə ediləcək göstəricidir. Məsələn, “Kredit fəlsəfəsi”nin mərkəzi hesab olunan ABŞ-da verilən ümumi kreditlərin həcmi 35 trilyon dollardır. Bunun cəmi 5 trilyon dolları istehlak kreditləridir ki, bu da ümumi kreditlərin 14%-i deməkdir.

Bəs, banklar uzunmüddətli biznes kreditlərinin verilməsində niyə maraqlı deyillər?

Mövzu ilə bağlı danışan iqtisadçı ekspert Fuad İbrahimov Bizim.Media-ya bildirib ki, kredit portfelinin 60 faizi istehlak kreditirsə, bu xoşagələn hal deyil:
 

MÖVZU İLƏ BAĞLI:

Sahibkarlara verilən güzəştli kreditlərin MƏBLƏĞİ AÇIQLANDI


“Biznesə ayrılan kreditlər iqtisadiyyatın sağlamlığı haqqında bir indiqatordur. Biznes kreditlərinin həcmi nə qədər böyük olsa, iqtisadiyyat bir o qədər şaxələnir, genişlənir və liberallaşır. Əslində banklar uzun müddətli kreditlərdə daha maraqlıdır. Amma bunun üçün ilk növbədə sağlam iqtisadi-maliyyə mühiti olmalıdır.

Çox təəssüf ki, zaman-zaman ölkəmizdə banklar uzunmüddətli kreditlərin əziyyətini çəkib, ziyanını görüblər. Ona görə də banklar kredit vermək xatirinə kredit vermirlər. Çünki onların risk etmək limiti tükənib. Banklar istənilən təklifi dərindən analiz edir, onun perspektivini öyrənirlər. Qənaətbəxş layihələr təbii ki, uzun müddətə də olsa maliyyələşdirilir. Ona görə bankları istehlak kreditlərini daha çox verdiklərinə görə ittiham etmək doğru olmazdı.

Çalışmalıyıq ki, şaxələndirilmiş və dayanıqlı iqtisadiyyatımız olsun. Bu zaman təbii ki, banklar da sağlam tərəfdaşlarla uzunmüddətli yola çıxmağa maraqlı olacaqlar. Bunlar olmayınca banklar özlərini saxlamaq üçün müxtəlif variantlara, o cümlədən də istehlak kreditləşdirilməsinə üstünlük verəcəklər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin