Bir ayda 10-15 dəfə QAZ kəsilir – “Azəriqaz” təmir üçün niyə soyuq ayları SEÇİR?

Hazırda oxunan: Bir ayda 10-15 dəfə QAZ kəsilir – “Azəriqaz” təmir üçün niyə soyuq ayları SEÇİR?

219490

Hava şəraiti səbəbilə artıq qazdan istifadə və qaza tələbat artıb. Ancaq təəsüflər olsun ki, bu gün istifadəçilərin qarşılaşdığı xoşagəlməz hallardan biri də qaz sızmaya və təmir-bərpa işlərinə görə qaz təchizatının tez-tez dayandırılmasıdır. Bu  hal həm yayda, həm də qış aylarında baş verir. Ancaq təbii ki, soyuqda daha da çətinlik yaradır. 

Aidiyyəti qurumun qazın verilişinin dayandırılması ilə bağlı açıqlamalarını incələdikdə, təkcə bir ayda 10-15 dəfə müxtəlif ərazilərdə qazın dayandırılmasını görürük. Bu isə abonentlərin haqlı narazılığına səbəb olur və sual yaranır. Qaz xətti ilə bağlı problemləri yay aylarında, hansı ki, qaza tələbatın çox olmadığı vaxtda həll edib bitirmək beləmi çətindir?

“Azəriqaz” soyuqlar düşən kimi niyə əl-ayağa düşür? Texniki işləri isti havalarda görmək daha məqsədəuyğun deyilmi?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, istismar olunan boru xətlərində qaz sızmaları normaldır:

“May ayının 1-dən noyabr ayının 1-nə qədər payız-qış mövsümünə hazırlıq işləri gedir. Buna görə də arada lokal dayanmalar olur. Bu da qış aylarında abonentlərin davamlı, təhlükəsiz qazla təmin olunması üçündür. Bundan sonra da belə lokal dayanmalar, sızmalar ola bilər. İstismar olunmuş borudur. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da boruların keyfiyyəti, xidmət sahəsi eynidir”.

Göründüyü kimi, Eldəniz Vəliyev açıqlamasında noyabrın 1-nə qədər hazırlıq işlərinin görüldüyünü desə də, daha sonra əlavə edib ki, bundan sonra da belə lokal dayanmalar ola bilər.

Ümumiyyətlə, bu hazırlıq işləri nəinki noyabra qədər, hətta sentyabrın maksimium ortalarına qədər yekunlaşsa daha yaxşı olardı. Çünki nəzərə almaq lazımdır ki, vətəndaşlar üçün soyuq havada qazın bir gün belə olmaması ciddi problemdir.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin