Dollar ucuzlaşacaq? – PROQNOZ

Hazırda oxunan: Dollar ucuzlaşacaq? – PROQNOZ

219298

Xəbər verildiyi kimi, ABŞ-ın "Federal Ehtiyat Sistemi"nin (FED) sədri Cey Pauel 25 baza bəndi dərəcəsində faiz azaldılması planını davam etdirəcəklərini bəyan edib. Bunu dəstəkləyən əsas amillər arasında inflyasiyanın yüksək qalması və iş bazarının qarışıq siqnallar verməsi də var.
 

MÖVZU İLƏ BAĞLI:

Dollar UCUZLAŞACAQ? – MÜHÜM PROQNOZ


Müvafiq sərar bu həftə keçiriləcək FOMC (Federal Açıq Bazar Komitəsi) toplantısında veriləcək. Beynəlxalq ekspertlər hesab edir ki, faiz dərəcələrinin azaldılmasının hələ də əsaslı səbəbləri var.

Bəs, faiz dərəcəsinin aşağı salınması qlobal bazara necə təsir edəcək?

Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında deyib ki, FED bazarda sürpriz olmaması üçün bunu əvvəlcədən də bəyan etmişdi:

“Nəzərə alaq ki, bunun dünya iqtisadiyyatına müəyyən təsirləri olacaq. Çünki ABŞ dünyanın aparıcı iqtisadiyyata malik ölkəsidir. Amma uçot dərəcəsinin aşağı salınmasının Azərbaycana birbaşa təsirləri yoxdur. Çünki məzənnə Azərbaycanda inzibati yolla tənzimlənir. Ona görə də bunun birbaşa ölkəmizə təsiri yoxdur.

Amma dolayısı ilə təsiri var.

Əgər FED faiz dərəcələrini davamlı şəkildə aşağı salsa bu da ona gətirib çıxaracaq ki, dollar başqa valyutalar qarşısında ucuzlaşmağa başlayacaq. Bu neftin də qiymətinə mənfi təsir edə bilər. Amma burda məsələ daha çox siyasi qərarlardan asılıdır. Yəni məsələ daha çox ABŞ-dakı seçkilərin nəticəsinə bağlıdır. Təkcə FED-in qərarı yox, həm də kimin qalib gəlməsi də dünya bazarlarına və dolların məzənnəsinə ciddi təsir göstərəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin