Çin Beynəlxalq İdxal Sərgisində məhsullarımız təqdim ediləcək

Hazırda oxunan: Çin Beynəlxalq İdxal Sərgisində məhsullarımız təqdim ediləcək

219023

Noyabrın 5-dən 10-dək Şanxay şəhərində 7-ci Çin Beynəlxalq İdxal Sərgisi keçiriləcək.

Bizim.Media xəbər verir ki, Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpinin təşəbbüsü və himayəsi ilə keçirilən sərgi xarici məhsulların və xidmətlərin Çin bazarına girişini təşviq etmək məqsədi daşıyır.
 

Şanxay sərgisində 152 ölkə və beynəlxalq təşkilatdan təxminən 3500 iştirakçı, o cümlədən “Global Fortune 500” siyahısından 297 şirkət qatılacaq. Sərginin gedişində yüzlərlə məhsul, texnologiya və xidmət ictimaiyyətə ilk dəfə təqdim olunacaq.


Azərbaycan Çin Beynəlxalq İdxal Sərgisinin davamlı iştirakçısı kimi builki sərgidə də təmsil olunacaq. Milli pavilyonda ixracyönümlü məhsullarımız təqdim ediləcək, Azərbaycanın iqtisadi potensialı, turizm, innovasiya, yaşıl enerji, sənaye, kənd təsərrüfatı, mədəniyyət sahələrində qazanılan nailiyyətləri, həmçinin ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, o cümlədən potensial investisiya layihələri haqqında materiallar nümayiş olunacaq.

Qeyd edək ki, 2018-ci ildən keçirilən Çin Beynəlxalq İdxal Sərgisi dünyada ölkə səviyyəsində yeganə idxal sərgisidir. İndiyədək keçirilmiş 6 sərgidə 420 milyard ABŞ dolları dəyərində müqavilə və sazişlər imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin