Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə BAŞLANILDI

Hazırda oxunan: Ağdam Sənaye Parkında istehsal edilən məhsulların istifadəsinə BAŞLANILDI

218794

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkında istehsal edilən dam örtükləri, divar kağızları, məsaməli hörgü blokları, dəmir və metal qapılar, jalüz, məhəccər və arakəsmələr, metal torlar və s məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma, bərpa işlərində istifadə olunur. 

Bu barədə Bizim.Media-ya İqtisadi Zonaların İnkişafı Agentliyindən (İZİA) məlumat verilib. 

Bildirilib ki, Sənaye Parkının rezidentləri tərəfindən indiyədək 1,8 milyon manat dəyərində məhsul satışı həyata keçirilib.

İstehsal olunan məhsullar, əsasən Ağdam, Cəbrayıl, Laçın, Kəlbəcər və s. rayonlarda yeni kəndlərin salınmasında istifadə edilir. 

Qeyd olunub ki, hazırda Ağdam Sənaye Parkında ümumi investisiyalarının həcmi 260 milyon manat olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Parkda 9 müəssisə fəaliyyətə başlayıb, 370-dən artıq daimi iş yeri yaradılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin