Azərbaycanda ən baha və ən ucuz kreditlərin verildiyi regionlar – SİYAHI

Hazırda oxunan: Azərbaycanda ən baha və ən ucuz kreditlərin verildiyi regionlar – SİYAHI

218170

2024-cü il oktyabr ayının 1-nə banklar tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 26 mlrd. 705 mln. 792 min manat təşkil edib və bunun da 76.8%-i və ya 20 mlrd. 508 mln. 705 min manatı Bakı şəhərinin payına düşüb. 

Bizim.Media Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu dövrdə banklar tərəfindən verilən ən ucuz kreditlər Bakı şəhəridə, ən bahalı kreditlər isə Dağlıq Şirvan iqtisadi rayonu üzrə verilib. 

Belə ki, bu dövrdə banklar tərəfindən Bakı şəhərinə verilən ümumi kreditlərin orta faiz dərəcəsi 11.65%, milli valyutada verilən kreditlərinin orta faiz dərəcəsi isə 13.37% təşkil edib. 
 

Hesabat dövründə Dağlıq Şirvan iqtisadi rayonu üzrə isə banklar tərəfindən kredit qoyuluşu 179 milyon 179 min manat təşkil edib. Verilən ümumi kreditlərin orta faiz dərəcəsi 19.18%, milli valyutada verilən kreditlərin orta faiz dərəcəsi isə 19.21% olub. 


Regionlar üzrə kredit qoyuluşları və orta faiz dərəcələri ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin