Bu ilin yanvar-sentyabr ayları üzrə Azərbaycan sığorta bazarı üzrə yığımların və ödənişlərin həcmi açıqlanıb.
Bizim.Media bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.
Belə ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan sığorta bazarı üzrə yığımlar 9.4% artaraq 1 milyard 23 milyon 707 min manata çatıb.
Eyni zamanda, bu dövrdə həyata keçirilən sığorta ödənişlərinin həcmi 38.3% artaraq 553 milyon 746 min manata yüksəlib.
Bizim.Media