Trampdan QORXUNC XƏBƏRDARLIQ – Dollardan imtina edənləri NƏ GÖZLƏYİR?

Hazırda oxunan: Trampdan QORXUNC XƏBƏRDARLIQ – Dollardan imtina edənləri NƏ GÖZLƏYİR?

217064

15 gündən sonra dünyanın supergücü ABŞ-da yeni prezidentin adına aydınlıq gələcək. Lakin seçki günü yaxınlaşdıqca emosiyalar da qızışır.

Məsələn, Amerika prezidentliyinə namizəd Donald Tramp dünyanı "məcburi dollar" sisteminə qaytarmaq niyyəti barədə bəyanat verib:
 

MÖVZU İLƏ BAĞLI:

Tramp seçkilərdə uduzsa da prezident olacaq - Politico


"Biz öz ölkəmizi sevirik və bəli, onun şanlı dövrləri olub, amma hazırda o, zəifləyir. Millətimiz tənəzzülə uğrayır və biz bunun qarşısını ala bilmərik. Məsələn, çox tezliklə pul bazamızı itirəcəyik, çünki bildiyiniz kimi, digər ölkələr dollardan imtina edirlər. Mən bunu dəyişməyi planlaşdırıram. Mən deyəcəyəm: dolları yenidən istifadə etməlisiniz, yoxsa heç bir biznes olmayacaq. Bunu etmək lazımdır. Bizim böyük potensialımız var və mən deyirəm: Amerikanı yenidən möhtəşəm edək!"

Bundan əlavə, Tramp bəzi ölkələri də hədələyib. O bildirib ki, valyuta ehtiyatlarını dollarla saxlamaqdan imtina edən ölkələrdən idxal olunan məhsullara gömrük rüsumu 100 faiz artırılacaq.

Bəs, belə bir addımın atılması nə qədər realdır?

Suala iqtisadçı ekspert Natiq Cəfərli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, seçki günü yaxınlaşdıqca prezidentliyə namizədlər yüksək tonlu mesajlar verir:

“Əslində bu adi seçki qaydasıdır. Çünki daha çox tərəfdaş toplamaq üçün namizədlər müxtəlif vədlər verir. Ona görə də bu günlərdə populizm daha çox önə çıxır. Bu mənada Donald Trampın dedikləri əvvəla texniki cəhətdən mümkün deyil. Çünki bütün ehtiyatları dollarda saxlamaq mümkün deyil. Bu heç ABŞ-ın özü üçün də sərfəli olmaz. Ona görə də gələcəkdə rəsmi Vaşinqtonun belə bir addım atacağını düşünmürəm.

Bu sadəcə bir mesajdır ki, dünyada dollardan imtina etmək istəyən ölkələrə qarşı ABŞ laqeyd qalmayacaq.

Məlumdur ki, bəzi ölkələr ara-sıra dollardan imtinanı təklif edirlər. Amma hələki bu ancaq çağırış olaraq qalır. Ona görə də həm hansısa ölkənin birmənalı şəkildə xarici ticarətdə dollardan imtina etməsi mümkün deyil, həm də Trampın bəyan etdiyi yolun icarsı da mümkünsüzdür.

Trampın bu bəyanatını qısaca olaraq belə dəyərləndirmək olar ki, o seçiləcəyi təqdirdə dolların məzənnəsinin qorunması üçün daha ciddi addımlar atıla bilər”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin