PROQNOZ: Bu il bütün ölkələrin ümumi dövlət borcu 100 trilyon dolları ötəcək

Hazırda oxunan: PROQNOZ: Bu il bütün ölkələrin ümumi dövlət borcu 100 trilyon dolları ötəcək

216086

2024-cü ildə bütün ölkələrin ümumi dövlət borcunun 100 trilyon dolları ötəcəyi gözlənilir ki, bu da qlobal ümumi daxili məhsulun (ÜDM) təxminən 93 faizini təşkil edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) hesabatında deyilir.
Hesabata əsasən, qlobal dövlət borcu onilliyin sonunadək artmaqda davam edərək ÜDM-in 100 faizinə çatacaq.

Fondun mütəxəssisləri qeyd ediblər ki, ölkələrin təxminən üçdə ikisində borcun sabitləşməsi və ya azalması proqnozlaşdırılsa da, pandemiyadan əvvəl gözləniləndən xeyli yüksək olaraq qalacaq.

"Borcun sabitləşməsi ilə bağlı proqnozu olmayan ölkələr dünya borcunun yarıdan çoxunu və qlobal ÜDM-in təxminən üçdə ikisini təşkil edir. Gələcək borc göstəricilərinin hazırda proqnozlaşdırılandan daha yüksək olacağını söyləmək üçün yetərincə əsaslar var”, - deyə hesabatda vurğulanır.

BVF ayrı-ayrı ölkələr üçün dövlət borcunun göstəricilərini və ya proqnozlarını təqdim etməyib.

Fondun məlumatına görə, 2023-cü ildə bütün ölkələrin dövlət borcunun səviyyəsi təxminən iki faiz yüksələrək ÜDM-in 93,2 faizinə çatıb.

Qlobal borc artımında dünyanın iki ən böyük iqtisadiyyatı olan ABŞ və Çin liderlik ediblər.

Onların borcu müvafiq olaraq ÜDM-in iki və altı faizindən çox artıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin