Pərviz Şahbazovdan neft-kondensatın ixracı ilə bağlı PAYLAŞIM

Hazırda oxunan: Pərviz Şahbazovdan neft-kondensatın ixracı ilə bağlı PAYLAŞIM

215917

Bu ilin 9 ayında operativ məlumatlara əsasən, neft-kondensat hasilatı 21,6 mln. ton, ixraca nəql edilən həcmlər isə 17,9 mln. ton olub.

Bizim.Media xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsində paylaşım edib.

Bu dövrdə ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,1 mlrd.m3 artımla hasil edilmiş 37,1 mlrd.m3 qazın 18,4 mlrd.m3-i ixrac olunub.

 

Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.


Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin