Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək.
Bizim.Media Trend-ə istinadla bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin rəhbəri Vüsal Qasımlı xarici KİV-ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan "Orta Dəhliz" layihəsi çərçivəsində Asiya ilə Avropa arasında marşrutların genişləndirilməsi üçün yeni imkanlar yaradıb.
V.Qasımlı qeyd edib ki, Azərbaycan "Orta Dəhliz" layihəsi üzrə tərəfdaşları ilə birgə şərq və qərb istiqamətlərində dəmiryol yükdaşımaları sahəsində əməkdaşlıq qura bilər:
"Bakı artıq Naxçıvana gedən dəmir yolunun Azərbaycan hissəsinin tikintisinə başlayıb. Beləliklə, Zəngilan rayonu regional nəqliyyat qovşağına çevriləcək. Bununla əlaqədar beynəlxalq hava limanının və avtomobil yollarının tikintisi planlaşdırılır".
O əlavə edib ki, Türkiyə və İran da regionda əlaqələrin bərpa olunmasında maraqlıdır.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
22:25 / 18.05.2021
Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək
Hazırda oxunan: Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək
Hazırda oxunan: Zəngilan rayonu regionun nəqliyyat qovşağına çevriləcək
21558
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.