Yeni valyuta növü yaranır: Azərbaycan dollardan imtina edəcək?

Hazırda oxunan: Yeni valyuta növü yaranır: Azərbaycan dollardan imtina edəcək?

215463

BRİKS ölkələrinin ticarət dövriyyəsinin çox böyük hissəsi dollardan başqa hansısa valyutaya keçəcək.

Bizim.Media “ajans.az”a istinadən xəbər verir ki, bunu Federasiya Şurasının İnformasiya Siyasəti Komissiyasının rəhbəri Aleksey Puşkov deyib. O, bildirib ki, daxili hesablaşma sisteminin hazırlanması buna səbəb ola bilər.

Nümunə kimi o, belə bir valyutanın şərti olaraq "The Unit" adlandığı Qərb nəşrində məlumatı göstərib. O, deyib ki, BRİKS üçün bu yeni fenomen dolları alternativ olmayan valyuta kimi qəbul edən Qərbdə böyük narahatlıq yaradacaq.

Qərb nəşrlərindən birində deyilir ki, bu yeni məzənnənin adı "The Unitdir" və məhz bu “vahid” dolların əhatə dairəsini daraldacaq müəyyən amilə çevrilə bilər. Dolları təbii olaraq alternativ olmayan valyuta kimi qəbul edən Qərb alyansı üçün böyük narahatlığa səbəb olan da məhz budur ”, - senator bildirib.

Müzakirələrdə "The Unit" adlandırılan yeni bir valyuta önə çıxır. Puşkovun dediyinə görə, bu yeni məzənnənin dolları alternativ olmayan bir valyuta kimi qəbul edən Qərb üçün böyük narahatlıq doğuracağı proqnozlaşdırılır. BRİKS ölkələrinin dolları əvəz edəcək bu yeni valyutaya keçid, iqtisadi müstəqilliyin artırılması və Qərb ölkələrinin valyuta sisteminə olan asılılığın azaldılması məqsədini güdür.

Qeyd edək ki, BRİKS-in builki genişləndirilməsindən sonra bir çox dövlətlər digər formada təşkilata qoşulmaq istəyir. Həmin ölkələr arasında Azərbaycan, Türkiyə, Vyetnam, İndoneziya, Suriya və Tailand var. Siyahıya Çad, Eritreya və Cənubi Sudan da daxil olmaqla bir çox Afrika ölkəsi də daxildir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin