“Dövlət vəkillərə ödədiyi vəsaiti artırmalıdır” – Vəkillər Kollegiyasının sədri

Hazırda oxunan: “Dövlət vəkillərə ödədiyi vəsaiti artırmalıdır” – Vəkillər Kollegiyasının sədri

215401

“Dövlət hesabına göstərilən hüquqi yardıma görə ödəniş də ədalətli olmalıdır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov "Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış" mövzusunda hakim və vəkillər üçün keçirilən təlimdə deyib.

O bildirib ki, hazırda dövlət şəxslərə göstərilən pulsuz hüquqi yardıma görə vəkillərə bir saata 6 manat ödəyir:

"Dövlət hesabına vəkillərə ödənilən vəsait tam ədalətli deyil. 2018-ci ilə qədər bu vəsait 2 manat idi, 2018-ci ildən sonra 6 manat oldu. Amma bu məbləğin artırılması ciddi müzakirə mövzusu olmalıdır".

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin