Qeyri-neft sektorundan 8,4 milyard manat vergi yığılıb

Hazırda oxunan: Qeyri-neft sektorundan 8,4 milyard manat vergi yığılıb

215244

2024-cü ilin yanvar-sentyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 12 milyard manatdan çox vergi daxil olub.

Bizim.Media İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-neft-qaz sektorundan daxilolmalar 8 milyard 417,5 milyon manat təşkil edib.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 991,7 milyon manat və ya 13,4 faiz artıb.

Ödənilən vergilərin 70 faizi qeyri-neft-qaz sektorunun, 30 faizi isə neft-qaz sektorunun payına düşüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin