"Toyota" və "Subaru" müştərək elektrik krossoverini buraxacaq

Hazırda oxunan: "Toyota" və "Subaru" müştərək elektrik krossoverini buraxacaq

215117

"Toyota" və "Subaru" 2026-cı ildə yeni birgə hazırladıqları elektrik krossoverini buraxacaqlar.

Bizim.Media bu barədə motor.ru portalına istinadən xəbər verir.

Qeyd olunur ki, Yaponiya şirkətləri elektrik mühərriki ilə işləyən avtomobillər sahəsində əməkdaşlığı davam etdirir.
 

Belə ki, üç il əvvəl "Toyota bZ4X" və "Subaru Solterra" əkiz krossoverlərinin debütü baş tutub və 2026-cı ilin yanvarında şirkətlər yeni və birgə hazırladıqları elektrik avtomobilini təqdim edəcəklər.


Elektriklə işləyən "Subaru" "Yajima" zavodunda istehsal olunacaq və Yaponiya, Avropa, həmçinin ABŞ-da satılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin