Rublun ucuzlaşması iqtisadiyyatımıza necə TƏSİR EDƏCƏK?

Hazırda oxunan: Rublun ucuzlaşması iqtisadiyyatımıza necə TƏSİR EDƏCƏK?

214544

Son günlər Rusiya rublu dollar qarşısında kəskin ucuzlaşıb.Türkiyə lirəsi bir qədər sabit qalsa da, dollar qarşısında xeyli dəyər itirib. 

Nəzərə alaq ki, həm Türkiyə, həm də Rusiya ticari baxımdan əsas partnyorlarımızdır. 
 

MÖVZU İLƏ BAĞLI:

Rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ


Ona görə də həm rublun, həm də lirənin kəskin ucuzlaşması ölkəmizin iqtisadiyyatına da təsirsiz ötüşməyəcək.

Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanın qeyri-neft sektoru üzrə əsas tərəfdaşlarından biri Türkiyə, digəri isə Rusiyadır:

“Ona görə də lirə və rublun dəyərdən düşməsi həmin ölkədən Azərbaycana idxal olunan məhsulların həcmini artırır. Bu da birbaşa yerli istehsala problem yaradır. Nəzərə alaq ki, ölkəmizdə yerli istehsal o qədər də inkişaf etməyib. Bu mənada lirə və rublun dəyərdən düşməsi yerli istehsala əlavə problem yaradır. Çünki maya dəyəri yüksək olan yerli mala maraq azalır. Yerli mallar xaricdən gətirilən məhsulla rəqabətə dözmür. Təsadüfi deyil ki, sosial şəbəkələrdə bu günlərdə müzakirə aparılırdı ki, Rusiyadan gətirilən süd məhsulları yerli süddən xeyli ucuzdur”.

İqtisadçı ekspert lirə və rublun dəyərdən düşməsinin Azərbaycanın ixrac potensialına da mənfi təsir göstərdiyini qeyd edib:

“Azərbaycanın xarici ticarət dövriyyəsinə baxanda qeyri-neft məhsulları üzrə əsas idxalçı ölkələr kimi Rusiya və Türkiyəni görürük. Rusiya bazarına çıxardığımız kənd təsərrüfatı məhsullarını əsasən rublla satırıq. Rublun da dəyər itirməsi ona gətirib çıxarır ki, satılan məhsul nəticəsində əldə olunan vəsaiti dollar və avroya çevirərkən xeyli zərərlə üzləşilir. Bu da həmin ölkələrə ixrac həvəsini aşağı salır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin