Limon niyə UCUZLAŞMIR?

Hazırda oxunan: Limon niyə UCUZLAŞMIR?

213989

Ən çox istehlak etdiyimiz məhsullardan biri də limondur. Demək olar ki, bütün təamlarımızda limondan istifadə olunur. Üstəlik bu meyvə çay süfrələrimizin də bəzəyidir.

Son aylarda limonun qiymətində bahalaşma müşahidə edirik. Halbuki, indi yeni limonun bazara çıxarıldığı mövsümdür. Adətən yeni məhsul bazara çıxanda limon kəskin ucuzlaşır. 

Hətta əvvəlki illərdə limonun 5-ni 1 manata və daha ucuz qiymətə almaq mümkün olurdu. Lakin hazırda limonun bir ədədinin qiyməti 45-50 qəpikdir.

Bəs, bu bahalaşmanın səbəbi nədir?
 

MÖVZU İLƏ BAĞLI:

Dondurulmuş limon xərçəng xəstəliyini müalicə edir


Məsələyə Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, limon indi yetişsə də, onun vegetasiya dövrü yaz aylarından başlayır:

“Məlumdur ki, bu ilin yaz və yay ayları çox yağıntılı keçdi. Əlverişsiz hava şəraiti digər meyvələr kimi limona da mənfi təsir göstərdi. Nəticədə limon bağlarında həm məhsuldarlıq aşağı düşdü, həm də limon bir qədər gec yetişdi. Təsadüfi deyil ki, yerli təzə limon bazarlara yeni-yeni ayaq açır. Halbuki, ötən il bu zaman bazara kütləvi limon çıxarılırdı. Amma bu il bazarda daha az məhsul görürük. Bu da limonun çiçəklənmə dövründə güclü küləyə və doluya məruz qalmasının nəticəsidir. 

Limon qıtlığının digər səbəbi isə istehlak bazarındakı reallıqdır. 

Məlumdur ki, son aylarda əksər məhsulların istehlak qiymətləri xeyli bahalaşıb. Bu bahalaşma limona da öz təsirini göstərib. Ən nəhayət, yanacağın yayda bahalaşması limon təsərrüfatına da öz mənfi təsirini göstərdi. Daşımaların, daha doğrusu məhsulun maya dəyəri artdı. Ona görə də digər məhsullar kimi limonun da qiyməti qalxıb. Yaxın bir ayda limonun qiymətində ucuzlaşma müşahidə olunacaq. Lakin bu uzun çəkməyəcək və yeni il ərəfəsində limon yenidən bahalaşacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin