Ölkəmizdə hotel qiymətləri niyə BAHALAŞIR?

Hazırda oxunan: Ölkəmizdə hotel qiymətləri niyə BAHALAŞIR?

213242

Ölkəmizdəki hotellərdə qiymətlərin yüksəldiyi müşahidə olunur. Xüsusilə, 5 ulduzlu hotellərin qiymətinin 30%-dən çox bahalaşdığı haqqında yerli mətbuatda məlumat yayılıb. Hazırda sözügedən hotellərdə bir gecə qalmaq üçün orta qiymət 215,6 manatdır. Bu da əvvəlki vaxtlarla müqayisədə 33,3 faiz artım deməkdir.

Adətən, ya bayram günləri, tətil ərəfəsi, yaxud da rəsmi qaydada kommunal xidmətlərə görə qiymət artımı zamanı hotel qiymətlərində də artım qeydə alınır. Lakin hazırda hotel qiymətlərinin artmasının məntiqi yoxdur.

Maraqlıdır, ümumiyyətlə, hotel qiymətlərindəki artımda nə əsas götürülür?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Xalid Kərimli deyib ki, qiymət artımı sahibkarın vəziyyəti dəyərləndirməsindən asılıdır:
 

MÖVZU İLƏ BAĞLI:

 Azərbaycanda 4 ulduzlu hotellərdə orta qiymət ARTIB

 

“Sahibkar təlabatın çox olduğunu nəzərə alıb qiyməti bahalaşdırır. Əslində, sahibkar düzgün davranır. Böyük investisiyalar qoyulub, risklər götürülüb və bunun müqavilində gəlir əldə etmək planlaşdırılır. Tələbat yüksək olanda qiyməti artırmaq üçün məqam yaranır. Onsuz da, onların təqdim elədikləri aşağı qiymətlər müştəri tapa bilməyəndə təklif olunan endirimli, güzəştli qiymətlərdir. Sahibkarların hotel sahəsində həmişə bir neçə qiymət siyasəti olur. Tələbat çox olanda isə daha yüksək qiymətə realizasiya edə bilirlər”.

O hesab edir ki, sahibkar burada təkcə kommunal xidmətləri nəzərə almır, sahibkar bir şeyi baha sata bilirsə, baha satacaq:

“Alıcı da baha almaq məcburiyyətində deyil, seçib ən yaxşısını, özü üçün uyğun olanı tapmağa çalışacaq. Bazar da bu cür işləyir. Ona görə də rəqabətin olması lazımdır. Hotel sektorunda kifayət qədər rəqabət var, kəskin monopoliya yoxdur. Xüsusilə də, 3, 4 ulduzlu və ya ulduzsuz hotellərdə kifayət qədər rəqabət var.

Burada əsas məsələ pulun dəyərinin itirilməsidir, söhbət təkcə kommunal haqlardan getmir. Sahibkar da, onun işçiləri də hamı kimi gedib mağazadan alver edirlər. Onların maaşı artırılır, pulun alıcılıq qabiliyyəti aşağı düşür,  xərcləri artır və bu da adaptasiya edilir”.

Ekspert burada quru sərhədlərin bağlı olmasının da rolunun olduğunu qeyd edib:

“Quru sərhədləri bağlı olduqda vətəndaş artıq öz hotelləri arasında seçim etmək məcburiyyətində qalır. Gürcüstan və Türkiyə hotellərinə baxa bilmir. Çünki əvvəllər 4 nəfərlə maşınla Gürcüstana gedirdi, indi təyyarə ilə gedəndə bu, əlavə xərcdir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin